Dövlət Dəniz və Liman Agentliyi dənizçilik standartlarının təkmilləşdirilməsi üzrə yeni təşəbbüslərlə çıxış edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Beynəlxalq Dəniz
Təşkilatının İnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitəsinin
on birinci sessiyasında müzakirə edilən “Dənizçilərin
hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair”
(DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya (əlavələrlə) üzrə
mövcud boşluqların aradan qaldırılması təşəbbüsü ilə çıxış
edib.

Trend xəbər verir ki, bu
barədə RİNN məlumat yayıb.

Beynəlxalq səviyyədə irəli sürülən bu təşəbbüslər çərçivəsində
3 boşluğun aradan qaldırılması məqsədilə DHDNÇ
Məcəlləsinə dəyişikliklər olunmasına dair layihə təklifləri
hazırlanıb. DDLA-nın
təqdim etdiyi həmin təkliflər
aşağıdakı istiqamətlər üzrədir:




  • 385-ci boşluq – gəmilərdə təlim keçən
    müdavimlərlə (kursantlar) bağlı tələblərə dəyişiklik edilməsi;
  • 56-cı boşluq – “İxtisaslı şəxs” anlayışına
    dair ixtisas meyarlarına dəyişiklik edilməsi;
  • 165-ci boşluq – III/1 qaydanın tələbləri
    çərçivəsində təsdiq edilmiş dəniz xidmətinin müəyyən hallarda
    simulyator hazırlığı kimi alternativ tədbirlərlə əvəzlənməsinə
    imkan verən yeni bəndlərin əlavə olunması ilə bağlı dəyişikliklərin
    edilməsi.

Layihələr Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul olunaraq
İnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitənin 2026-cı ildə
növbəti sessiyası çərçivəsində müzakirəyə çıxarılacaq rəsmi
təkliflər siyahısına daxil edilib və “IMODOCS” rəsmi səhifəsində
yerləşdirilib.

Sözügedən təşəbbüs Azərbaycanın dəniz nəqliyyatı sahəsində
beynəlxalq proseslərdə fəal iştirakını, eləcə də ölkənin bu sahədə
normativ və institusional potensialının artdığını bir daha nümayiş
etdirir.

DDLA gələcəkdə də beynəlxalq gəmiçilik standartlarının
təkmilləşdirilməsi, dənizçilərin hazırlıq səviyyəsinin
yüksəldilməsi və onların təhlükəsizliklərinin təmin olunması
istiqamətində yeni təşəbbüslərlə çıxış edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir