AYİB Türkiyədə külək enerjisinin inkişafına dəstək olacaq

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin “yaşıl”
keçidinə dəstək məqsədilə ölkənin aparıcı enerji şirkətlərindən
olan “Enerjisa Enerji Üretim A.Ş.”yə (Enerjisa Üretim) 200 milyon
ABŞ dolları (172 milyon avro) məbləğində kredit ayırıb.

Trend bu barədə
AYİB-ə istinadən xəbər verir.

Qeyd olunur ki, bankın dəstəyi “Enerjisa Üretim”in ümumi gücü 1
QVt olan külək enerjisi layihələri portfeli çərçivəsində Muğla
vilayətində ümumi gücü 250 MVt təşkil edən külək elektrik
stansiyalarının tikintisinə imkan verəcək.




“Mühüm əhəmiyyətə malik bu layihə hər il təxminən 630 QVt·saat
‘yaşıl’ elektrik enerjisi istehsal edəcək və təqribən 221 min ton
CO₂ emissiyasının qarşısını almağa imkan verəcək. Türkiyənin karbon
neytrallığına nail olmaq məqsədlərinə töhfə verməklə yanaşı, layihə
enerji təhlükəsizliyini gücləndirəcək və ölkənin bərpaolunmayan
yanacaqlardan asılılığını azaldacaq.

Bundan əlavə, bankın investisiyaları çərçivəsində “Enerjisa
Üretim” yeni peşə hazırlığı və sertifikatlaşdırma mərkəzi
vasitəsilə milli akkreditasiyadan keçmiş təlim proqramı yaradacaq.
Bu mərkəz kömür sektorunda çalışan işçilərin bərpa olunan enerji,
kənd təsərrüfatı və turizm sahələrində fəaliyyət göstərmək üçün
yenidən ixtisaslaşmasını təmin edəcək və şirkətin ədalətli keçid
(Just Transition) gündəliyinin həyata keçirilməsinə töhfə verəcək”,
– məlumatda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir