Hakerlər “Spotify”ın musiqi kataloqunu sındırıb

Baş səhifə

Bakı. Trend:

“Pirat-aktivistlər” adlandırılan haker qrupu İsveç–Lüksemburq
mənşəli audio və media məzmununun strim xidməti olan “Spotify”ın
musiqi kataloqunu sındıraraq 86 milyon audiofayla çıxış əldə
edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Bilboard” nəşrinin yazdığına görə, kibermüdaxilə zaman hasil
olunan məlumatlar 256 milyon sətirlik trek metaməlumatlarını və 86
milyon audiofaylı əhatə edir. Sözügedən materialların P2P
şəbəkələri vasitəsilə, təxminən 300 terabayt ümumi həcmə malik
torrentlər şəklində yayılması nəzərdə tutulur.

“İcazəsiz girişlə bağlı aparılan araşdırma göstərib ki, üçüncü
tərəf açıq şəkildə mövcud olan metadatanı köçürüb və DRM (Rəqəmsal
hüquqların idarə edilməsi) sistemindən yan keçmək, həmçinin
platformadakı bəzi audiofayllara çıxış əldə etmək üçün qeyri-qanuni
üsullardan istifadə edib”, – “Spotify” bəyanatında deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir