Aİ Rusiyada daha iki şəxsə sanksiya tətbiq etdi

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiyada ciddi insan hüquqları
pozuntularına görə iki nəfəri – Moskva Şəhər Məhkəməsinin hakimi
Dmitri Qordeevi və prokuror Lyudmila Balandinanı sanksiyalar
siyahısına daxil edib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Aİ Rusiyada insan hüquqları pozuntularını və
narazıların susdurulmasını qətiyyətlə pisləyir və ölkədə vəziyyətin
davamlı pisləşməsindən dərin narahatlıq ifadə edir.




Aİ, həmçinin Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı ay –
2026-cı il iyulun 31-dək uzadıb. Hazırda sanksiyalar ticarət,
maliyyə, enerji, texnologiya və ikili istifadə malları, sənaye,
nəqliyyat və lüks mallar sahələrini əhatə edir.

Bundan əlavə, tədbirlər Rusiyadan Aİ-yə dəniz yolu ilə xam neft
və müəyyən neft məhsullarının idxalına qadağanı, bir neçə Rusiya
bankının SWIFT sistemindən çıxarılmasını, həmçinin Kremlin
dəstəklədiyi dezinformasiya vasitələrinin Aİ-də yayım
fəaliyyətlərinin və lisenziyalarının dayandırılmasını nəzərdə
tutur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir