
Bakı. Trend:
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə
təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri,
Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi doğum
gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin, bu
əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim. Qeyd etmək
istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası
əhəmiyyəti uğurlara nail olmuşdur.
Gürcüstanı və Azərbaycan Respublikasını tarixi dostluq və
sarsılmaz strateji tərəfdaşlıq bir-birinə bağlayır və bu da
regionda sabitliyin və rifahın təmin olunmasına öz töhfəsini verir.
Mən qətiyyətlə inanıram ki, birgə səylərimiz nəticəsində
ölkələrimiz arasında mövcud olan əlaqələr daha da dərinləşəcək və
möhkəmlənəcəkdir.
Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir
daha öz dərin ehtiramımı izhar edir, möhkəm cansağlığı, rifah və
məsuliyyətli fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə
sülh və tərəqqi arzulayıram

