
Bakı. Trend:
Çinin Xalq Azadlıq Ordusu ölkənin şimalında əlavə 100-dən çox
qitələrarası ballistik raket (QBR) yerləşdirib.
Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi Pentaqonun layihə
hesabatına istinadən xəbər verib.
Məlumata əsasən, söhbət “DF-31” (“Dunfen-31”) bərk yanacaqlı
qitələrarası ballistik raketlərindən gedir.
Onlar Daxili Monqolustan Muxtar Bölgəsindəki mövqe yerləşdirmə
bölgəsinə yerləşdiriliblər.

