Peskov İlham Əliyevlə Putin arasındakı son görüşdən danışdı

Baş səhifə

Rusiya tərəfi 9 oktyabrda Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini müsbət dəyərləndirir.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva Vladimir Putin və İlham Əliyev arasında Düşənbədə keçirilmiş görüşün nəticələrini çox yüksək qiymətləndirir.

Peskov vurğulayıb ki, görüş tərəflər arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli olub və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlərinə töhfə verəcək.

Bundan əvvəl Azərbaycan Prezidentinin Administrasiyası Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Prezident İlham Əliyevin iştirak etməyəcəyini açıqlamışdı. Məlumata görə, buna səbəb dövlət başçısının sıx iş qrafikidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir