
Bakı. Trend:
Venesuela sülhə sadiqliyini bir daha təsdiqləyir, lakin
suverenliyini və ərazi bütövlüyünü qorumağa hazırdır.
Trend-in
məlumatına görə, bu barədə Bolivar Respublikasının prezidenti
Nikolas Maduronun Latın Amerikası və Karib dənizi ölkələrinin
dövlət başçılarına, eləcə də bütün BMT üzv ölkələrinə göndərdiyi
məktubda deyilib. Müraciəti Venesuelanın xarici işlər naziri İvan
Hil Pinto oxuyub.
“Venesuela sülh arzusunu bir daha təsdiqləyir, eyni zamanda
suverenliyini, ərazi bütövlüyünü və sərvətlərini qanuna uyğun
olaraq müdafiə etməyə hazır olduğunu tamamilə açıq şəkildə
bildirir”, – deyə bildirilib.
N. Maduro ABŞ-nin Venesuelaya təzyiqindən danışıb və qeyd edib
ki, ABŞ qüvvələri Karib dənizində və Sakit Okeanın şərqində mülki
gəmilərə 28 hücum həyata keçirib və nəticədə “104 nəfər məhkəməsiz
edam edilib”.

