
Bakı.Trend:
Biləsuvar rayonu, T.İsmayılov küçəsində yerləşən qaz xətti
üzərində quraşdırılmış diametri 100 mm olan siyirtmədə aparılacaq
təmir işləri ilə əlaqədar olaraq qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, şəhərin bir hissəsi də daxil olmaqla ümumilikdə
3500 abonentin qaz təchizatının 23.12.2025-ci il tarixdə saat
14:00-dan etibarən işlər yekunlaşanadək dayandırılması
planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və
təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş
edirik.

