
Bakı. Trend:
Yelo Bank əməkdaşları arasında ənənəvi olaraq keçirilən “OLEY Cup”
futbol çempionatı bu il də böyük həyəcanla gerçəkləşdi. Üç aya
yaxın davam edən yarışda Bakı və region filiallarından ibarət 14
komanda iki qrupda mübarizə apardı. Çempionat boyunca 45 oyun
keçirildi və ümumilikdə 293 qol vuruldu.
Çempionatın qalibləri aşağıdakılardır:
3-cü yerin sahibi – “Elmlər” komandası (Elmlər Akademiyası
filialı)
2-ci yerin sahibi – “IT United” komandası (İT strukturu)
“OLEY Cup 2025” kubokunun qalibi – “Qaradağ” komandası (Sədərək
filialı)
Çempionatın qaliblərinə medal, kubok və pul mükafatı təqdim edilib.
Qeyd edək ki, Yelo Bank əməkdaşları arasında komanda ruhununun
yüksəldilməsinə xüsusi diqqət göstərir. Dördüncü dəfə keçirilmiş
“OLEY Cup” futbol turniri növbəti illərdə də təşkil olunacaq. Siz
də bu enerjinin bir parçası olmaq, Yelo komandasına qoşulmaq
istəyirsinizsə, vakansiyalarla tanış olun: https://ylb.az/vacancy.
Sərfəli kredit
kartı axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

