“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub

Baş səhifə

Bakı. Trend:

“Unibank” KB ASC səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə
İlkin Quliyev Bankın İdarə Heyətinin üzvü seçilib və Bankın
Pərakəndə bankçılıq və Marketinq üzrə Baş inzibatçısı təyin
edilib.

Onun kurasiyasında Bankın Pərakəndə Biznes, Marketinq, Leobank
və Filial şəbəkəsinin idarə edilməsi istiqamətləri fəaliyyət
göstərir.




İlkin Quliyev bankçılıq sektorunda 15 ilə yaxın peşəkar
təcrübəyə malikdir. O, bank sahəsində fəaliyyətə məhz “Unibank”da
başlayıb və uzun illər ərzində bankda müxtəlif vəzifələrdə
çalışıb.

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)
“İqtisadiyyatın idarə olunması” ixtisası üzrə bakalavr, Böyük
Britaniyanın Nyukasl Biznes Universitetində isə “Bank və Maliyyə”
ixtisası üzrə magistr təhsili alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir