
Bakı. Trend
Rusiyalı peşəkar MMA (qarışıq əlbəyaxa döyüş sənətləri)
döyüşçüsü Rinat Fəxrəddinov UFC -dən (Mütləq Döyüş Çempionatı)
kənarlaşdırılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İdmançının UFC adı altında keçirilən turnirlərdə heç bir
məğlubiyyəti olmasa belə, təşkilat onunla əməkdaşlığı davam
etdirməkdən imtina edib.
Rusiyalı idman ustası sonuncu döyüşünü “UFC Fight Night 258”
turniri çərçivəsində Parisdə, 2025-ci ilin sentyabr ayında
keçirmişdi. Həmin döyüşdə o elə ilk dəqiqədə rəqibi isveçli Andreas
Qustafsonu texniki nokauta göndərmişdi.
2024-cü ilin oktyabr ayında isə Fəxrəddinov Braziliyalı Karlos
Lealla yarım-orta çəkidə qarşılaşaraq, ona qalib gəlmişdi.

