Dünyanın ən təhlükəli brauzerləri açıqlandı

Baş səhifə

Bakı. Trend:

“Digitain” İT şirkəti brauzerlərin performansına və ya
funksionallığına görə deyil, məhz istifadəçi məlumatlarının və
məxfiliyin qorunma səviyyəsi baxımından qiymətləndirildiyi bir
araşdırma təqdim edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Reytinqə həm klassik tətbiqlər, həm də süni intellekt əsasında
yaradılmış yeni məhsullar daxil edilib.




Göstəricilərin cəminə görə ən zəif nəticəni “OpenAI” tərəfindən
hazırlanmış “ChatGPT Atlas” brauzeri göstərib. Bu brauzer
bağlantının qorunması və trekerlərin bloklanması da daxil olmaqla
əsas testlərdən keçməyib və mümkün 100 baldan 99 maksimal risk
göstəricisi alıb.

İkinci yeri 76 bal ilə “Google Chrome” tutub — eyni nəticə
Vivaldi üçün də qeydə alınıb. “Microsoft Edge”-də vəziyyət nisbətən
daha yaxşıdır (63 bal), ən az təhlükəsiz brauzerlərin beşliyini isə
58 balla “Opera” tamamlayır.

Reytinqdə növbəti yerləri “Ungoogled” (55 bal), “Mozilla
Firefox” (50), “Apple Safari” (49), “DuckDuckGo” (44) və “Tor” (40)
tutur; bu brauzerlər məlumatların qorunması baxımından daha yüksək
səviyyə nümayiş etdiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir