
Bakı. Trend:
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri
Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik
məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.
Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası
dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi
rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə
edib.
Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin,
həmçinin “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası və Yeni
Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə
ümid edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik
diləyir və ən xoş arzularımı çatdırıram”.

