Azərbaycanda internet provayderlərinin sürət göstəriciləri açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə
tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyi (İKTA) sabit genişzolaqlı internet üzrə provayderlərin
internet sürət göstəricilərini qlobal internet performans
qiymətləndirici platforması olan “Ookla”nın metodologiyası əsasında
yeni formatda
dərc edib
.

Trend xəbər
verir ki, bu barədə İKTA məlumat yayıb.

Bildirilib ki, İKTA “Ookla” ilə əməkdaşlıq çərçivəsində
Azərbaycan üzrə sabit genişzolaqlı internet xidmətlərinə dair sürət
hədlərini (“Speedtest Intelligence” məlumatları əsasında) yeni
vizual formatda rəsmi internet səhifəsində təqdim edib.

Dərc olunmazdan əvvəl İKTA və “Ookla” arasında təqdimat
formasının metodoloji uyğunlaşdırılması və məlumatların
standartlaşdırılması üzrə birgə iş aparılıb. Ölçmə metodologiyası
və nəticələr “Ookla” şirkətinin məhsulu olduğu üçün bu istiqamətdə
aparılan bütün fəaliyyət şirkətlə razılaşdırılıb.

Yeni təqdimat 3 kateqoriyalı rənglənmiş sürət təsnifatı əsasında
hazırlanıb. Vizual formatda provayderlərin fərdi internet sürəti
(Mbps) göstəriciləri dərc olunmur. Onun əvəzinə, istifadəçilərin
müqayisəni daha rahat aparması üçün “Ookla”nın rəsmi saytında əks
olunan provayderlərin median internet sürətinə əsasən üç
kateqoriyaya bölünüb:

Yüksək Sürət — 90+ Mbps

Yüksək sürət təqdim edən provayderlər.

Orta Sürət — 50–89 Mbps




Orta sürət təqdim edən provayderlər.

Aşağı Sürət — 1–49 Mbps

Aşağı sürət təqdim edən provayderlər.

Bu yanaşma istifadəçilərə bazarın ümumi mənzərəsini daha aydın,
qısa və vizual olaraq təkmilləşmiş formada görməyə imkan verir.
Kateqoriyalar OOKLA Speedtest Intelligence platformasından əldə
edilən median ölçmə nəticələrinə əsaslanır və İKTA tərəfindən
təsnif edilərək təqdim olunub.

“Ookla”nın rəsmi reytinq sisteminə yalnız geniş nümunə payı və
tam metodoloji uyğunluğu olan provayderlər daxil edilir. Lakin İKTA
tərəfindən dərc olunan cədvəldə ölkədə fəaliyyət göstərən, “Ookla”
tərəfindən qeydə alınan bütün provayderlər əhatə olunub.

Provayderlərin təqdim etdikləri və “Ookla” sürət ölçümü
(Speedtest) aləti vasitəsilə aparılan ölçmələrdən müəyyən edilən
sürət kateqoriyalarına görə qruplaşdırılması ölkə üzrə internet
performansının inkişaf dinamikasının daha aydın görülməsinə imkan
yaradır.

İKTA hesab edir ki, bu cür analitik və vizual təqdimat modeli
tənzimləyici fəaliyyətin dəstəklənməsi, provayderlərin xidmət
göstəriciləri üzrə sağlam rəqabətinin təşviqi və istehlakçıların
internet sürəti həddi seçimi baxımından mühüm rol oynayır.

Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək internet
keyfiyyəti üzrə milli indikatorların mütəmadi yenilənməsini və
analitik monitorinqin genişləndirilməsini planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir