Beynəlxalq Nəqliyyat Forumunun statistik bülletenində Azərbaycan üzrə müsbət dinamika qeyd edilib

Baş səhifə

Bakı.Trend:

Beynəlxalq Nəqliyyat Forumu (BNF) 2014 – 2024-cü illər üzrə
qlobal nəqliyyat tendensiyalarının müqayisəli təhlilinə dair
statistik bülleten dərc
edib. Hesabatda Azərbaycanla bağlı məlumatlar BNF-nin hazırkı sədr
ölkəsi olaraq xüsusi bölmədə təqdim edilib.

Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)
məlumat yayıb.

Bildirilib ki, son 10 ilin göstəricilərində müsbət dinamika
qeydə alınıb. Dəniz nəqliyyatı ilə yük daşınmasında əhəmiyyətli
artım müşahidə olunub. 2014 – 2024-cü illər qlobal konteyner
daşımaları üçün yüksəliş dövrü kimi xarakterizə edilib. Azərbaycan
təhlil aparılan 22 ölkə arasında konteyner yüklənməsi
göstəricilərinə görə ikinci ən yüksək artım (150%) nümayiş
etdirib.




Hesabatda həmçinin yol təhlükəsizliyi üzrə statistik məlumatlar
da əksini tapıb. Digər ölkələrdə yol qəzalarında ölüm göstəriciləri
sabit qalsa da, Azərbaycan üzrə əhəmiyyətli müsbət dəyişiklik qeydə
alınıb. Belə ki, 2024-cü ildə yol-nəqliyyat hadisələrinin sayı
2014-cü illə müqayisədə 46%, yol qəzalarında həlak olanların sayı
isə 32% azalıb.

Statistik bülletendəki məlumatlar son illərdə Azərbaycanın
nəqliyyat sahəsində həyata keçirdiyi transformasiya proseslərini
əks etdirir: yol təhlükəsizliyi gücləndirilir, dəniz limanları üzrə
göstəricilər artır və ölkənin qlobal nəqliyyat şəbəkəsindəki rolu
daha da möhkəmlənir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir