Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində media nümayəndələri üçün kibermaarifləndirmə təlimi təşkil olunub (FOTO)

Baş səhifə

Bakı.Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində
fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində media
nümayəndələri üçün kibermaarifləndirmə təlimi təşkil olunub. Təlim
Mərkəzin “CyberCollab” layihəsi çərçivəsində həyata keçirilib.

Təlimin əsas məqsədi rəqəmsallaşan dünyada mövcud
kibertəhdidlərə qarşı media nümayəndələrinin məlumatlılığını
artırmaq, media qurumlarına yönələn hücum növləri və onlardan
qorunma yolları barədə praktiki biliklər təqdim etmək olub.




Təlimdə İRİA-nın informasiya təhlükəsizliyi üzrə ekspertləri
tərəfindən sessiyalar keçirilib. Sessiyalarda aktual
kibertəhdidlər, sosial mühəndislik hücumları üzrə real nümunələr,
eləcə də rəqəmsal təhlükəsizliyin təmin olunması ilə bağlı
tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda son
dövrlərdə geniş istifadə olunan süni intellekt əsaslı
platformalardan istifadə zamanı kibertəhlükəsizlik qaydalarına
riayət edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təşəbbüsü ilə cari il
ərzində media nümayəndələrinin kiberməlumatlılığının artırılması
məqsədilə artıq üçüncü belə tədbir həyata keçirilir. Ümumilikdə, il
ərzində 100-dən çox media nümayəndəsi bu təlimlərə cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir