
Bakı. Trend:
Cənubi Koreyanın Pusan şəhərinin limanında Rusiyaya məxsus
refrijirator gəmisi yanıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, insident yerli vaxtlar 09:13-də baş verib. Yanğın
nəticəsində azı 1 nəfər xəsarət alıb. Yanğınsöndürənlər günortaya
kimi yanğını söndürməyə nail olub.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.

