Azərbaycandan Ukraynaya pul köçürmələri azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ukraynaya fiziki
şəxslərin pul köçürmələrinin həcmi 3,951 milyon ABŞ dolları təşkil
edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici
2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 milyon ABŞ dolları və ya
35% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul
köçürmələrində Ukraynanın payı 1,1% təşkil edib.




2024-cü ilin ilk 9 ayında Azərbaycandan Ukraynaya fiziki
şəxslərin pul köçürmələrinin həcmi 6,079 milyon ABŞ dollarına
bərabər olubı.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici
ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin
həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin
eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları
və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ
dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr
aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya
0,2% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir