Britaniyada məşhur eko-fəal həbs olunub

Baş səhifə

Bakı. Trend:

Britaniyada tanınmış eko-fəal Qreta Tunberq Fələstinə dəstək
aksiyasında iştirak etdikdən sonra terrorçu təşkilata dəstək olma
şübhəsi ilə yerli hüquq mühafizə orqnaları tərəfindən həbs
olunub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, 22 yaşlı etirazçı “Palestine Action” hərəkatının
reydlərində iştirak ittihamı ilə həbsxanada cəza çəkən və etiraz
olaraq aclıq aksiyası keçirən məhbuslara dəstək məqsədilə Londonun
mərkəzində keçirilən aksiyada polis tərəfindən saxlanılıb.

Tunberq aksiya yerinə plakatlarla gəlib. Etirazçıların İsraillə
əlaqəli müdafiə şirkəti olan “Elbit Systems”ə xidmət göstərən
“Aspen Insurance” sığorta şirkətinin ofislərini boya ilə
boyamasından sonra o, polis tərəfindən aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir