Şəhid bulağından və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş
verib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində
yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı,
eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını
oğurlayıb.




Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının
daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməli
törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq
saxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr təhlükəsizlik
kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir