Azərbaycanda enerji səmərəliliyi sahəsində dövlət standartları qəbul edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO
50006:2025 “Enerji menecmenti sistemləri – Enerji səmərəlilik
göstəriciləri və cari enerji göstəricilərindən istifadə edərək
enerji səmərələliyinin qiymətləndirilməsi”, AZS ISO/PAS 50010:2025
“Enerji menecmenti və enerjiyə qənaət – ISO 50001 enerji menecmenti
sistemindən istifadə etməklə əməliyyatlarda xalis sıfır əldə
olunması üçün rəhbərlik” dövlət standartlarını qəbul edib.

Bu barədə Trend-ə AZSTAND-dan
bildirilib.




Bildirilir ki, sözügedən standartların qəbulu müəssisələrin
enerji istifadəsi izləmələrinə, enerji performans göstəricilərinin
qiymətləndirilməsinə və enerjiyə qənaət strategiyalarının həyata
keçirilməsinə töhfə verəcək. Nəticədə yerli müəssisələr enerji
səmərəliliyi sahəsində beynəlxalq bazarda rəqabət üstünlüyünə malik
olacaqlar.

Qeyd edək ki, yeni dövlət standartları Azərbaycan
Respublikasının Energetika Nazirliyinin sədrlik etdiyi
“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə
Texniki Komitə (AZSTAND/TK 46) tərəfindən təqdim edilib və AZSTAND
tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin
Dövlət Fonduna daxil edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir