
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Yeni
Zelandiya iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi
7,841 milyon ABŞ dolları təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3
milyon dollar və ya 14,1 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Yeni Zelandiyaya
yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,4% təşkil
edib.
2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyə
birbaşa xarici investisiyaların ümumi həcmi 557 min dollara bərabər
olmuşdu.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

