Ceyhun Bayramov UNESCO-nun Baş direktoru ilə əməkdaşlıq planlarını müzakirə edib

Baş səhifə

Bakı.Trend:

23 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (UNESCO) yeni seçilmiş Baş direktoru Xaled El-Enani
arasında telefon danışığı aparılıb.

Trend xəbər
verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazir qarşı tərəfi UNESCO-nun Baş direktoru
vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində
uğurlar arzulayıb.

Tərəflər Azərbaycanla UNESCO arasında mövcud əməkdaşlığı yüksək
qiymətləndirərək, gələcəkdə bu münasibətlərin daha da inkişaf
etdirilməsi üçün hazır olduqlarını bildiriblər. Azərbaycanın
çoxtərəfli diplomatiya və mədəniyyətlərarası dialoq sahəsindəki
rolu vurğulanıb. Bu çərçivədə ölkəmizin təşəbbüsləri və UNESCO üzrə
planlar müzakirə olunub.

UNESCO Baş direktoru təşkilata etimadın artırılması və
fəaliyyətinin siyasiləşdirilməməsi istiqamətində səylərinin
əhəmiyyəti vurğulanıb.

Nazir həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi,
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və
Baş direktoru bu tədbirlərdə iştiraka dəvət edib.

Nazir Ceyhun Bayramov daha sonra, tarixi Vaşinqton görüşü və
postmünaqişə dövründə görülən işlər barədə qarşı tərəfə ətraflı
məlumat verib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir