Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Portuqaliyaya
430,7 milyon dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş
803,4 min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
dəyər ifadəsində 200,5 milyon ABŞ dolları və ya 31,8 faiz , həcm
baxımından isə 201,6 min ton və ya 20,1 faiz azdır.




Hesabat dövrü ərzində Portuqaliya Azərbaycanın ən çox neft və
neft məhsulları ixrac etdiyi ölkələrin arasında altıncı yer
tutub.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında
Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən
xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon
ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb..

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir