
Bakı. Trend:
ABŞ-nin Florida ştatının sakini olan bir qadın eyni gün ərzində
iki keçmiş ərini qətlə yetirməkdə şübhəli bilinir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Florida ştatının Manati
dairəsinin şerif ofisi məlumat yayıb.
Məlumata görə, hadisə ötən həftə baş verib. Polis əməkdaşları
yaşayış evində atışma ilə bağlı çağırışa gediblər və hadisə yerinə
çatdıqda yaralı kişi aşkarlayıblar.
Hüquq-mühafizə orqanları həmin anda qadının daha bir keçmiş
ərinin olduğunu aşkar edərək, onun evini də yoxlamağa qərar
veriblər. Orada da kişi meyiti tapılıb.
Cinayətlərin motivi barədə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.

