
Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ ilə Venesuela arasında
mövcud gərginliyin azaldılması məqsədilə, şəxsi vasitəçilik də
daxil olmaqla, istənilən diplomatik səyləri dəstəkləməyə
hazırdır.
Trend-in
məlumatına görə, bunu BMT-də Baş katibin siyasi və sülh quruculuğu
məsələləri üzrə köməkçisi Xalid Xiari BMT Təhlükəsizlik Şurasının
Venesuela üzrə iclasında bildirib.
Onun sözlərinə görə, hər iki tərəfin xahişi olarsa, Baş katib
vasitəçilik xidmətləri də daxil olmaqla diplomatik əlaqələr üzrə
bütün təşəbbüslərə dəstək verməyə hazırdır və BMT üzv dövlətlərinin
dinc həll istiqamətində atdığı addımları alqışlayır.
Xiari vurğulayıb ki, dialoq uzunmüddətli sülhə aparan yeganə
mümkün yoldur.

