ABŞ Ali Məhkəməsi Trampın Çikaqoya Milli Qvardiya yerləşdirməsinə icazə verməyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın rəhbərlik etdiyi
Vaşinqton administrasiyasının iğtişaşları yatırmaq məqsədilə
Çikaqoya Milli Qvardiya yerləşdirmək istəyinə qarşı çıxıb və buna
icazə verməyib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin ən yüksək məhkəməsinin dərc
olunmuş qərarında bildirilir.




Qərarda qeyd olunur ki, məhkəmə prosesinin ilkin mərhələsində
federal hökumət İllinoys ştatında qanunların icrası üçün ordunun
cəlb edilməsinə imkan verən hüquqi səlahiyyət mənbəyini əsaslandıra
bilməyib.

Vurğulanır ki, Vaşinqton administrasiyasının bu cür addımları
yalnız müstəsna hallarda mümkündür. Bununla belə, qərarın qəti
olmadığı və Ali Məhkəmənin məsələni nəzərdən keçirməyə davam
edəcəyi bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir