Nvidia H200 süni intellekt çiplərinin Çinə tədarükünə başlamağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Amerikanın Nvidia şirkəti Çinli müştərilərini H200 süni
intellekt çiplərinin 2026-cı ilin fevral ayının ortalarına qədər
Çinə göndərilməsinə başlamaq niyyəti barədə məlumatlandırıb.

Trend xəbər verir
ki, bu barədə “South China Morning Post” qəzeti yazır.




Məlumata görə, çip istehsalçısı ilkin sifarişləri mövcud
inventar hesabına yerinə yetirməyi planlaşdırır. Mənbələr ümumi
tədarük həcminin 5 000–10 000 modul arasında olacağını, bunun isə
təxminən 40 000–80 000 H200 süni intellekt çipinə bərabər olduğunu
bildirirlər.

Şirkət eyni zamanda Çinli müştərilərini bu çiplər üçün istehsal
gücünü artırmaq planları barədə də məlumatlandırıb. Yeni istehsal
gücləri üzrə sifarişlərin 2026-cı ilin ikinci rübündə açılması
gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir