İtaliya dövlət himninin mətnində dəyişiklik edib

Baş səhifə

Bakı. Trend:

İtaliya dövlət himnində ölkə çağırışından sonra səslənən “Si!”
(“Bəli!”) ifadəsi çıxarılıb.

Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi İtaliya
hökumətindəki mənbələrə istinadən xəbər yayıb.

Məlumata əsasən, İtaliyanın müdafiə qərargahı son həftələrdə bu
dəyişikliklə bağlı rəsmi təlimatlar verib. Qərar may ayında rəsmi
qəzetdə dərc olunmuş və himnin orijinal versiyasına istinad edən
prezident fərmanına uyğunlaşdırılıb.




Dəyişiklikdən əvvəl himn bu sözlərlə bitirdi: “Ölməyə hazırıq,
ölməyə hazırıq, İtaliya çağırır! Bəli!” Prezident
administrasiyasındakı mənbənin bildirdiyinə görə, dəyişiklik siyasi
səbəblərlə deyil, aydınlıq yaratmaq və orijinal mətndə olmayan
əlavəni çıxarmaq məqsədi ilə edilib.

Qeyd edək ki, “İtaliya qardaşları” mahnısı şair Qoffredo Mameli
tərəfindən 1847-ci ildə yazılıb. Mamelinin orijinal sözlərində “Si”
ifadəsi yer almasa da, həmin il Mişel Novaro tərəfindən bəstələnmiş
musiqi partiturasında bu söz mövcud olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir