Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub

Baş səhifə

Bakı. Trend:

9-11 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən
“İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin
birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda
beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş
Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc
olunub və yayılıb.

Trend-in
məlumatına görə, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq
Musayev bununla bağlı BMT Baş katibinə məktub ünvanlayıb.

O, məktubun və bəyannamənin yer aldığı əlavənin Baş Assambleyası
gündəliyinin 31, 69, 71 və 84-cü bəndləri çərçivəsində və
Təhlükəsizlik Şurasının sənədi kimi yayılması ilə bağlı müraciət
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir