
Bakı. Trend:
2025-ci ildə Yaponiyada doğulan uşaqların sayında antirekord
qeydə alınacaq və bu göstərici müvafiq statistikanın aparıldığı
1899-cu ildən bəri ən aşağı səviyyə olacaq.
Trend xəbər verir
ki, bu barədə “Asahi” qəzeti statistik məlumatlara əsaslanan öz
hesablamalarına istinadən məlumat yayıb.
Nəşrin proqnozuna görə, 2025-ci ildə ölkədə 667 500 uşaq dünyaya
gələcək. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu göstərici
686 100 olub. Statistikaya yalnız Yaponiyada yaşayan yapon
vətəndaşları daxil edilib. 2025-ci il üzrə rəsmi məlumatların iyun
ayında, ölkədə yaşayan əcnəbilərlə bağlı statistikanın isə fevral
ayında açıqlanacağı gözlənilir.
Bildirilir ki, demoqrafik vəziyyət Milli Əhali və Sosial Təminat
Tədqiqatları İnstitutunun əvvəlki proqnozları ilə müqayisədə xeyli
pis inkişaf edir. Belə ki, 2023-cü ildə institutun 2025-ci il üçün
orta proqnozu 749 min doğum idi. “Asahi”nin hesablamaları isə 681
min doğumu nəzərdə tutan ən pis ssenaridən də aşağıdır.
Qeyd edək ki, Yaponiyada doğum sayı artıq doqquzuncu ildir
ardıcıl olaraq azalır və bu proses ölkədə əhalinin sürətli
qocalması ilə müşayiət olunur.

