
Bakı. Trend:
Tailandın F-16 qırıcıları yenidən Kamboca ərazisinə hücum edərək
sərhəddən təxminən 60 kilometr məsafəyə qədər irəliləyiblər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Kambocanın Milli Müdafiə
Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, dekabrın 24-də səhər saat 10 radələrində (Bakı
vaxtı ilə 07:00) Tailand şimal-qərbi Kambocanın Battambanq
əyalətinin Banan rayonu ərazisinə F-16 qırıcılarından altı bomba
atıb.
Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, sakinlər
Tailandın havadan həyata keçirdiyi təcavüz səbəbindən qaçmağa
məcbur qalıblar.
Daha əvvəl “Khmer Times” nəşri Tailand artilleriyası və
aviasiyasının Kambocanın sərhədyanı bölgələrinə endirdiyi zərbələr
nəticəsində 111 fərdi yaşayış evi, 5 məktəb, 3 tibb mərkəzi, bir
bazar, anbarlar, bir neçə qədim məbəd, 11 inzibati bina, 5 hotel,
bir neçə körpü, yanacaqdoldurma məntəqəsinin və 28 avtomobilin
dağıldığını və ya tamamilə məhv edildiyini yazırdı.

