İrlandiya Azərbaycandan neft idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar–noyabr aylarında Azərbaycandan İrlandiyaya
bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsullarının
ixracı 524,9 min ton təşkil edib. İxracın dəyəri isə 267,8 milyon
ABŞ dolları olub.

Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici dəyər ifadəsində 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 157,4 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından
isə 350,6 min ton və ya 3 dəfə çoxdur.




Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan İrlandiyaya 174,3 min
ton bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları ixrac
olunub, ixracın dəyəri 110,4 milyon ABŞ dolları təşkil edib.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında
Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən
xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon
ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb..

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir