
Bakı. Trend:
“Gipsinvest” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə
kapitalını azaldır.
Trend-in
məlumatına görə, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, şirkət nizamnamə kapitalının azalaraq 22 847 878
manat olduğunu elan edir. Buna qədər isə MMC-nin nizamnamə kapitalı
37 440 441 manat həcmində idi.
“Gipsinvest” MMC bu ilin iyulun 18-də dövlət qeydiyyatına
alınıb. Şirkətin qanuni təmsilçisi Kazımov Namiq Rövşənoviçdir.

