Ucarda yol qəzasında 4 nəfər xəsarət alıb – FOTO

Baş səhifə

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar- Göyçay avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. “VAZ 2106 “markalı minik maşını ilə “VAZ 21011” markalı maşın toqquşub. Nəticədə 4 nəfər – Rasim Novruzov, Şamil Cəbrayılov, Əzizaga Abbasov və Aynur Məhərrəmova xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir