Vladimir PutinPrezident İlham Əliyevi təbrik edib

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul
edin.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə
böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq
möhkəmləndirir.

Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban
qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu
münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik
ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan
xalqlarının mənafelərinə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və
uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı
xahiş edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir