“İslamda sekulyarizm dinə yad anlayış deyil” –

Baş səhifə

Müasir hüquqi-demokratik dövlətdə həm sekulyarizm, həm də dindarlıq öz yerinə malikdir. Əsas problem bu amillərin düzgün müəyyənləşdirilməsindən ibarətdir.

Mətbuat.az-ın məlumatına görə, bu fikirləri tarix elmləri doktoru, professor, Özbəkistan Respublikasının Dini İşlər Komitəsi sədrinin birinci müavini Davronbek Maqsudov deyib.

O qeyd edib ki, tarixən bütün dövrlərdə dinin cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrinə müdaxilə etməsini dəstəkləyən qüvvələr mövcud olub:

“Bəzən bu iki tərəf arasındakı münasibətlər o qədər gərginləşmişdir ki, bütöv ölkələri çaşqınlıq və nadanlıq burulğanına sürükləmişdir.

Dövlət–din münasibətlərinin daha bir mühüm xüsusiyyəti isə dinin siyasiləşdirilməməsidir.

Axı istənilən din, ilk növbədə, mənəvi-əxlaqi bir hadisədir. Heç bir din öz-özlüyündə xalqın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün aspektlərini əhatə etmək iddiasında olmur.

İslamda sekulyarizm dinə yad anlayış kimi nəzərdən keçirilmir. İslamın müqəddəs mənbələri – Qurani-Kərim və Sünnə – sekulyarizm prinsiplərinin də əsasını təşkil edir”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir