
Bakı. Trend:
“AZCON Holding” şirkətlərindən olan ASCO-nun “Koroğlu”
tankerinin tərsanə təmiri başa çatıb.
Trend bu barədə
ASCO-ya istinadın xəbər verir.
“Dəniz Nəqliyyatı Donanmasının tərkibində istismar olunan tanker
üzrə təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda
aparılıb. Qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilən
təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, maşın
şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək
rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işləri
görülüb.
Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləri
yerinə yetirilib. Həmçinin gəmi heyətinin yaşayış və xidməti
otaqları müasir tələblər səviyyəsində yenilənib.
Təmirdən sonra tanker yenidən istismara qaytarılıb və onun ilk
səfəri Türkmənistanın Kiyanlı limanına olub.
Uzunluğu 149,9, eni 17,3 metr, sürəti 12 uzel olan gəmi 13 min ton
yükdaşıma qabiliyyətinə malikdir.

