
Bakı. Trend:
Son on il ərzində dünya üzrə vərəmdən ölüm halları əhəmiyyətli
dərəcədə azalıb.
Trend xəbər
verir ki, bu barədə məlumat 2025-ci ilin Dünya Səhiyyə Statistikası
hesabatında əks olunub.
Məlumata görə, Afrika və Avropa regionlarında son on ildə
vərəmdən ölüm hallarında 46% və 49% azalma müşahidə olunub. Buna
baxmayaraq, vərəm 2024-cü ildə 1,2 milyon insanın ölümünə səbəb
olub. Bu da HİV, diabet, siqaret çəkmə və qidalanma çatışmazlığı
kimi risk faktorlarının aradan qaldırılmasının vacibliyini
vurğulayır.
ÜST-ün 2025-ci il üçün Dünya Səhiyyə Statistikası hesabatında
qeyd olunub ki, tütün istifadəsinin azaldılması, təmiz hava, daha
yaxşı su və sanitariya sayəsində 1,4 milyard insan daha sağlam
həyat tərzi sürür.

