Azərbaycanda könüllü sığorta bazarı 13%-dən çox böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta
növlərinin hesabına 1,034 milyard manat sığorta haqqı
toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 121,5 milyon manat və ya 13,3%
çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 145
milyon manat və yaxud 25,5% artaraq 713,1 milyon manata çatıb.




Beləliklə, 11 ayda könüllü sığorta bazarında toplanmış hər 100
manat sığorta haqqının 69 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda
sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı
yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon
manat və ya 11,7% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi
edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8
milyon manat və ya 21,7% artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir