
Bakı. Trend:
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Teymur Kərimov
barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə
prosesi keçirilib.
Trend xəbər
verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət qismən təmin edilib və Teymur Kərimovun
cəzası 2 il azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən,
Teymur Kərimov 8 il müddətində azadlıqdan məhrum edilib. Bakı
Apellyasiya Məhkəməsi təqsirləndirilən Teymur Kərimovun cəzasını 1
il azaltmışdı.
Qeyd edək ki, Teymur Kərimov 182.2.1-ci (hədə-qroxu yolu ilə
tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq
müddəti seçilməklə şərti cəza verilib.

