Zərdabda pirotexniki vasitələr satan şəxslər müəyyən olunub

Baş səhifə

Bakı.Trend:

Zərdabda pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.

Trend-in
məlumatına görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin
satışını təşkil edən Y.Muradov, E.Qoçayev və V.Nəbizadə
saxlanılıblar.

Belə ki, həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan
vasitələr aşkarlanaraq götürülüb.




Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində
protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir