
Bakı. Trend:
Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Trend xəbər verir ki, İsrail
Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini
çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm
cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə
minnətdarlığını bildirib.
Telefon danışığı zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf
etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ətrafında fikir
mübadiləsi aparılıb.

