
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış
evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə
cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

