
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Cənubi Koreyalı həmkarı Li Çje Myona
Ağ Evin rəmzi qızıl açarını hədiyyə edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının
prezident administrasiyasının katibliyi məlumat yayıb.
“Amerika lideri bildirib ki, oktyabr ayında Koreya
Respublikasına səfəri zamanı dəyərli hədiyyə əldə edib və onun
əvəzinə hədiyyə vermək istərdi. Ağ Evin hazırlanmış beş qızıl
açarından sonuncusu məhz bizim prezidentə nəsib olub”,- bəyanatda
qeyd olunur.
Xatırladaq ki, oktyabrın sonunda Gyoncu şəhərində keçirilən
sammit zamanı Li Çje Myon Donald Trampa qədim Koreya tacının qızılı
örtüklü nüsxəsini hədiyyə edib, həmçinin ölkənin ali dövlət
mükafatı olan “Mugunhva” ordenini təqdim etmişdi.

