
Bakı.Trend:
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin
İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə
xəbərdarlıq edir.
Trend xəbər
verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, əbərdarlığa əsasən, dekabrın 25-də Xəzər Dəniz
Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin
18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m.
çatacağı proqnozlaşdırılır.

