Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim
edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı
tədbirlərin davamı olaraq Saatlı-Masallı və Qazax-Gəncə
şəhərlərarası, eləcə də 140A, 511, 553 və 554 nömrəli şəhərətrafı
avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən
edilib.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Saatlı-Masallı marşrutu üzrə fiziki şəxs Ağaşov
Əlsafa Tapdıq oğlu;

Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər İsayev Elmar Eldar
oğlu və Əhmədov İlqar Elman oğlu;

140A nömrəli şəhərətrafı (Lökbatan qəsəbəsi – Xırdalan dəmiryolu
stansiyası) marşrut üzrə hüquqi şəxs “BMH” MMC;




511 nömrəli şəhərətrafı (Aşağı Güzdək qəsəbəsi – Bakı Beynəlxalq
Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs “Güzdək Nəqliyyat”
MMC;

553 nömrəli şəhərətrafı (Güzdək qəsəbəsi – Bakı Beynəlxalq
Avtovağzal Kompleksi) və 554 nömrəli şəhərətrafı (Güzdək qəsəbəsi –
Lökbatan qəsəbəsi) marşrutları üzrə fiziki şəxs Bayramov Səməd
Atakişi oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun
olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,
təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların
təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir