
Bakı. Trend:
24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası
Audiovizual Şurasının iclası keçirilmişdir. İclasda müvafiq
lisenziyaların verilməsi üçün daxil olan müraciətlər müzakirə
olunub.
Trend xəbər verir ki, bu
barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilir ki, Audiovizual Şuranın verdiyi universal platforma
operatoru lisenziyası ilə fəaliyyət göstərən “Ultel” MMC-nin adının
dəyişməsi ilə əlaqədar olaraq, müvafiq lisenziyanın “Ultranet Telco
Services” MMC-nin adına (operatorun xidmət adı “Ultranet Telco
Services” olmaqla) yenidən rəsmiləşdirilməsi haqqında qərar qəbul
edilib.
Daha sonra “CityNet” xidmət adı ilə universal platforma
operatoru fəaliyyəti həyata keçirən “Uninet” MMC-nin peyk yayımı
həyata keçirməyən platforma yayımçısı və sifarişli yayım xidməti
provayderi lisenziyalarının verilməsi üçün müvafiq müraciətlərinə
baxılıb.
Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın
yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında
Audiovizual Şura “Uninet” MMC-yə televiziya kanallarının adı
“CityNet Hits” və “CityNet Premier” olmaqla 2 peyk yayımı həyata
keçirməyən platforma yayımçısı lisenziyasının və xidmət adı
“CityNetTV” olmaqla sifarişli yayım xidməti provayderi
lisenziyasının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

