
Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron öz rəsmi “X” səhifəsində ABŞ
hakimiyyətinin Aİ-nin daxili bazar və rəqəmsal xidmətlər üzrə
keçmiş komissarı Tyerri Bretonun, eləcə də daha bir neçə
avropalının ABŞ-a girişini qadağan etmək qərarını pisləyib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Fransa ABŞ-nin Tyerri Bretona və digər dörd avropalı xadim üçün
vizaların məhdudlaşdırılması ilə bağlı qərarını pisləyir”, – Makron
yazıb.
O, Tramp administrasiyasının bu qərarını Avropa İttifaqının
suverenliyinə münasibətdə rəqəmsal sahədə “xof gəlmə və məcbur etmə
aktı” kimi dəyərləndirib.
Fransa lideri vurğulayıb ki, Vaşinqtonun tənqid etdiyi Avropa
İttifaqının rəqəmsal tənzimləməsi Avropa Parlamenti və Aİ Şurası
tərəfindən “demokratik və suveren prosesin nəticəsi olaraq” qəbul
edilib. Makron qeyd edib ki, bu tənzimləmə platformalar arasında
“ədalətli rəqabəti” təmin edir.

